Qızilca müalicəsi

Qızılcanın diaqnostikası, əlamətləri və müalicəsi
Paramed klinikasında Qızılca İgG və İgM test mövcuddur (antitel qan testi)
Qiyməti - 30 AZN + 30 AZN

012 310-03-33
Qızlca Antitel test üçün laboratoriyaya yazılmaq
Qızılca Azərbaycanda

Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi bildirir ki, onlardan 35-i yaşlı insanlar olub.

Qızılcaya kütləvi yoluxma halları Kürdəmirdə, Şəkidə müşahidə edilib, yerli media yerli icra orqanlarına istinadən yazıb.

Nazirliyin açıqlamasına görə, 2023-cü ilin aprel ayından başlayaraq ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Onlardan 35-i yaşlı insanlar olub.

Забор анализов на корь на дому - клиника Парамед
1. Qızılca nədir?

Что такое корь
Qızılca çox asanlıqla yayılan və bəzi insanlarda ciddi problemlər yarada bilən bir infeksiyadır.
Tibbdə rubeola və ya morbilli kimi də tanınan bu xəstəlik tənəffüs sisteminin viral infeksiyası kimi də təyin edilə bilər.
Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasındadır.
Qızılcaya, əsasən, uşaqlar yoluxur. Amma digər yaş qruplarında olan insanlar da bu virusla xəstələnə bilər.
Qızılca virusunun törətdiyi xəstəliyin yeganə məlum mənbəyi insandır. Yəni xəstəlik insandan insana keçərək yoluxdurur.
Xəstənin öskürməsi və ya asqırması, o cümlədən yoluxmuş şəxslə fiziki təmasda olma xəstəliyin ötürülməsinə səbəb olur.
Yoluxmuş insan asqırdıqda havaya yayılan virus bir saat havada asılı vəziyyətdə qalır. Buna görə də tənəffüs yolu ilə təmas xəstəliyin ötürülməsində mühüm amildir.
Sağlam bir insanın qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, geyim, boşqab, çəngəl və ya oyuncaq kimi əşyalara toxunması böyük risk yaradır. Əgər insan bu əşyalara toxunarsa, sonra əlini sabunlamadan ağzına, burnuna və ya gözünə sürtərsə, xəstələnə bilər.
Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.
Xəstəliyin 15-17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistemi xəstəliklə mübarizəyə başlayır.

Paramed klinikasında Qızılca İgG və İgM test mövcuddur (antitel qan testi)
Qiyməti - 30 AZN + 30 AZN

012 310-03-33
2. Qızılcanın simptomları

Симптомы кори
Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri görünür. Bu simptomlar çox vaxt yuxarı tənəffüs yolları infeksiyasına bənzəyir.
Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində kiçik boz rəngli ləkələr, gözün işığa həssaslığı kimi əlamətlər ortaya çıxır. Xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.
Qulaq və boyun arxasında səpkilər başlayır. Bu səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpki qırmızı və qəhvəyi rəngdə olur. Bütün bədənə yayılan səpkilər təxminən 4 gün davam edir.
Yetkinlərdə qızılca səpkiləri uşaqlara görə daha az olur.
Qızılcaya yoluxan insan, adətən, təxminən bir həftə ərzində yaxşılaşmağa başlayır. Amma bəzi hallarda bu xəstəlik təhlükəli ola bilir.
Qızılca orqanizmin digər hissələrinə, məsələn, ağciyərlərə və ya beyinə yayılarsa, ciddi problemlərə səbəb ola bilir.
Səpki yox olduqca, insanın qızdırması da aşağı düşür. Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir.